Beyləqan Hadisə Region

Beyləqanda yol qəzasında ata ölüb, oğul ağır yaralanıb

Mayın 28-də saat 10:00 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Baş Beyləqan Hadisə Neftçala Region Sosial

Neftçala və Beyləqan sakinlərindən narkotik götürülüb

Neftçala və Biləsuvar rayonlarında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə ilə tutulmuş Bankə qəsəbə sakini F.Allahverdiyevin ətrafında apardıqları əməliyyat tədbiri nəticəsində onun Şorkənd kəndi ərazisində gizlətdiyi yerdən çəkisi 10 kiloqram 150 qram marixuana da aşkar edilib götürülüb. […]

Baş Beyləqan Hadisə Region

Beyləqanda yol qəzasında iki nəfər xəsarət aldı

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Aranxeber  Report-a istinadən xəbər verir ki, rayon ərazisində “QAZel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1954-cü il təvəllüdlü Alıyev Süleyman Sabir oğlu və 1993-cü il təvəllüdlü Əliyev Orxan Bahəddin oğlu xəsarət alıblar. Hər iki şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onların vəziyyəti […]

Beyləqan Hadisə Region

Beyləqanda 85 mm-lik top mərmisi aşkarlanıb

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Aranxeber APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis Şöbəsinin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Beyləqan rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım […]

Beyləqan Region

Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb. Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən “MKT İK” MMC-nin Beyləqan filialı tərəfindən pambıq emalı zamanı formalaşan istehsalat və məişət tullantılarının su kanalına atıldığı məlum olub. Faktla bağlı filialın direktoru Rəşid Məmmədov barəsində […]