Baş Beyləqan Hadisə Neftçala Region Sosial

Neftçala və Beyləqan sakinlərindən narkotik götürülüb

Neftçala və Biləsuvar rayonlarında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə ilə tutulmuş Bankə qəsəbə sakini F.Allahverdiyevin ətrafında apardıqları əməliyyat tədbiri nəticəsində onun Şorkənd kəndi ərazisində gizlətdiyi yerdən çəkisi 10 kiloqram 150 qram marixuana da aşkar edilib götürülüb. […]

Hadisə Neftçala Region

Kürdə batan 64 yaşlı Neftçala sakininin meyiti tapıldı

Neftçalada 64 yaşlı kişi Kürdə batıb. Aranxeber xəbər verir ki, bu barədə mətbuata FHN məlumat yayıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış […]

Baş Hadisə Neftçala Region

Neftçalada oğurluq hadisəsi

Neftçalada evdə oğurluq hadisəsi baş verib. Aranxeber xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Belə ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Boyat kəndindəki evlərin birindən 1 465 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Musayev saxlanılıb.

Hadisə Neftçala Region

Neftçalada ev yanıb

Neftçalada yanğın baş verib. Aranxeber FHN-in saytına istinadən xəbər verir ki, rayonunun Xıllı qəsəbəsində baş vermiş yanğın zamanı ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının səbəbi araşdırılır