Hadisə Region Sabirabad

Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.İsmayılovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, habelə 3 kiloqram 870 qram marixuana aşkar edilərək götürülüb/APA.

Hadisə Region Sabirabad

Sabirabadda traktor qoşqusu yanıb

Sabirabadda yanğın qeydə alınıb. Aranxeber xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Axısxa kəndində, yol kənarında dayanan traktor qoşqusunun təkərləri və qoşquya yığılan 4 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə Region Sabirabad

Sabirabadda yol qəzası piyadanın ölümünə səbəb oldu

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Aranxeber xəbər verir ki, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş verib.  “VAZ 2107” markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, Mirəliyev Elnur Xanış oğlunu vurub.   Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər xəstəxanasına aparılarkən yolda keçinib.  Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır. 

Ağcəbədi Baş Hadisə Region Sabirabad

Sabirabad və daha iki rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı

Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən […]

Region Sabirabad Şirvan

Sabirabadlıya üç ağac baha başa gəldi

Şirvanda ağac kəsən şəxs cəzalandırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, quruma Şirvan şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb. Araşdırma zamanı şəhərin Heydər Əliyev prospektində üç müxtəlif cinsli ağacın Sabirabad rayon sakini Nəzir Mənsimov tərəfindən kəsildiyi və təbiətə 1120 manat məbləğində zərər dəydiyi müəyyən edilib. Faktla bağlı N.Mənsimov […]