Region Şirvan

Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı – FOTO

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhərində Reabilitasiya Mərkəzini əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verib. Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2019-cu ildə Yevlax, Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi, bu ilin avqust ayında isə Lənkəran, Şəki və Xaçmaz Reabilitasiya Mərkəzləri əsaslı […]

Hadisə Region Şirvan

Şirvanda rüşvət alarkən yaxalanan məmurun sənədləri məhkəməyə göndərildi – RƏSMİ

Xidməti vəzifələrinin icrası ilə əlaqədar malik olduğu statusla bir araya sığmayan hərəkətlərə yol verən, tutduğu vəzifədən öz şəxsi mənafeləri naminə istifadə edən, bu cür hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir. Baş Prokurorluqdan verilən məlumata görə, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin […]

Hadisə Region Şirvan

Şirvanda evdə yığıncaq keçirən şəxslər cərimələndi – VİDEO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı Şirvan şəhərində mənzillərdən birində hərbi xidmətə gedən oğlu üçün karantin qaydalarını pozaraq, yığıncaq keçirən ev sahibi və qonaqlıqda iştirak edən altı nəfər polis şöbəsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan sakinlər cərimələniblər. Qonaqlıqda iştirak edən qadınlara humanistlik göstərilib, onlara yerində ciddi xəbərdarlıq edilməklə oranı dərhal tərk etmələri tələb olunub. Əlavə olaraq, […]

Hadisə Region Şirvan

Şirvanda bıçaqlanma hadisəsi baş verib

Şirvan sakini bıçaqlanıb. Aranxeber APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Cəfərov Hikmət Həsənağa oğlu qarın nahiyəsindən bıçaq yarası, başından isə küt alət zərbəsi ilə Şirvan Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Bildirilir ki, həmin şəxsə xəsarətlər yaşadığı yataqxanada münaqişə zamanı yetirilib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə Region Şirvan

Şirvanda dördüncü mərtəbədən yıxılan 40 yaşlı sərxoş kişi öldü

Şirvanda sərxoş şəxs 4-cü mərtəbədən yıxılaraq ölüb. APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 17-də baş verib. Sərxoş vəziyyətdə olan Şirvan sakini, 1980-ci il təvəllüdlü Məmmədov Rüstəm Eldar oğlu 4-cü mərtəbədən yıxılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, ölüb. Faktla bağlı […]