Hadisə Region Yevlax

Yevlaxda iki avtomobil toqquşdu: Yaralılar var

Yevlaxda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb. Hadisə Balçılı kəndi istiqamətində baş verib. VAZ markalı iki minik maşınının toqquşması nəticəsində 1990-cı il təvəllüdlü rayon sakini Kərimov Babək Əkbər oğlu və 1998-ci il təvəllüdlü Cəfərov Mehman Qəhrəman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Region Yevlax

Yevlaxda mənzildən kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Əlioğlu Həsən Nəbi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Hadisə Region Yevlax

Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar olunub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Məkana baxış zamanı 10 nəfərin qayda pozuntusuna yol […]

Hadisə Region Yevlax

Yevlaxda gənc Kürdə boğulub

Yevlax şəhəri ərazisində – “Mirvari” kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib.  1996-cı il təvəllüdlü Sahib Şəhriyar oğlu Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı isə boğulub.  Axtarışlara Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupu cəlb edilib. 

Region Yevlax

Yeni yolda səkilər nə zaman qoyulacaq? – VİDEO

Yevlax-Balakən magistral yolu Yevlaxın Xanabad kəndindən keçir. Yol yüksək standartlara uyğun çəkilsə də, piyadalar üçün təhlükəlidir. Çünki həmin kənd ərazisində sakinlərin, ən əsası da, məktəblilərin hərəkəti üçün səkilər yoxdur. Yağışlı havalarda yerli sakinlər məcburən avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxmalı olurlar. Burada yaşayanlar deyirlər ki, müasir yolun çəkilməsi ölkədə nəqliyyat infrastrukturunun inkişafı deməkdir, amma əvvəlki qaydada […]