Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Bu, Prezident İlham Əliyevin “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanında dəyişiklik edilməsilə mümkün olub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanı ilə təsdiq edilmiş […]
Sosial
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır
Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası məsələlərinin həlli məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında aidiyyəti dövlət orqanlarının səlahiyyətli şəxslərindən ibarət olmaqla yaradılmış komissiyanın ilk iclası keçirilib. Arabxəbər xəbər verir ki, Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük tarixi Zəfər əldə […]
Azərbaycanda əhalinin sayı artıb
Azərbaycanda əhalinin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 2020-ci ilin 1 dekabr vəziyyətinə görə, Azərbaycan əhalisinin sayı 10 123 400 nəfər təşkil edib. Əhalinin sayı 2019-cu illə müqayisədə 0,6 faiz artıb.
Əmək pensiyalarının hesablanması qaydasının dəyişdirilməsi ilk oxunuşda qəbul edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Qanuna təklif edilən dəyişikliklə əlilliyə görə əmək pensiyasının məbləğinin hesablanması qaydası dəyişdirilir. Belə ki, hazırkı qanunvericiliyə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti […]
Maliyyə naziri: “Təhsil kreditləri ilə bağlı məsələyə baxılır”
“Cənab Prezidentin tapşırığına uyğun olaraq təhsil kreditləri ilə bağlı məsələyə baxılır. Artıq müəyyən sənədlər hazırdır. Formalaşan sənədin işçi qaydada müzakirə edilməsi təklifi olduqca maraqlıdır”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. Onun […]