Ölkə Təhsil

Emin Əmrullayevdən Beynəlxalq Təhsil günü ilə bağlı paylaşım – FOTO

Təhsil naziri Emin Əmrullayev Beynəlxalq təhsil günü ilə bağlı “Tvitter” hesabında paylaşım edib. “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa yönəlmiş qlobal təhsilə təkcə COVID-19-a görə ziyan vurulduğu halda, Azərbaycandakı şagirdlər və müəllimlər Ermənistanın hücumuna da məruz qalıb. Nəticədə 20 təlimçi və 10 məktəbli öldürülüb, 16 nəfər yaralanıb və 60 məktəb dağıdılıb”, – deyə paylaşımda qeyd edilib.

Hadisə Təhsil

Nazir Azərbaycanda təhsilin bərpa edilməsindən DANIŞDI

“Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə təhsilin əyani formada keçirilməsində çətinlik yarandı. Sentyabr ayında məktəblər açılsa da, yoluxma sayı artdı və təhsil distant formaya keçirildi”. Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda fevral ayının 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunacaq: “Növbəti […]

Baş Hadisə Təhsil

Azərbaycanda təhsillə bağlı qərar verildi – RƏSMİ

Baş nazir Əli Əsədov xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı qərar verib. Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.  Qərara əsasən, – Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə […]

Ölkə Təhsil

İnterneti olmayan şagird necə imtahan verəcək?

Sürətli internet bağlantısı və ya internetə çıxışı olmayan şagirdlər məktəblərdə imtahan verəcək. Bu barədə Təhsil Nazirliyinin təsdiq etdiyi “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları”da öz əksini tapıb. Bildirilib ki, sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən […]

Hadisə Təhsil

Məktəblərlə bağlı qərar nə vaxt veriləcək? – AÇIQLAMA

Məktəblərlə bağlı yumşaldılmaya gediləcək və bu barədə məlumat gələn həftə Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə elan olunacaq. Arabxəbər xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.  O bildirib ki, bu istiqamətdə də karantin qaydalarında yumşaldılmalar olacaq.