Ölkə

Deputat: “Şəhid adı üzərindən oyun oynanılır”

Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov hüquq-mühafizə orqanlarına müraciət edib.

B.Məhərrəmov bildirib ki, bu gün şəhid general-mayor Polad Həşimovun adı üzərindən sosial şəbəkələrdə manipulyasiyalar edilir. 

“Ötən gün xəbər yayıldı ki, guya Qəbələdə Həzi Aslanovun küçəsinin adı dəyişdirilərək, Polad Həşimov küçəsi olub. Sonra məlum oldu ki, bu, yalan xəbərdir”, – deyə B.Məhərrəmov əlavə edib.

“Hökumətə qarşı açıq çağırışlar edilir. Bu, cinayət təqibinin başlanılması üçün əsas olmalıdır”.