Ölkə

2020/21-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunacaq dövlət sifarişli tələbələrin sayı açıqlandı

2020/21-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri (bakalavriatura) üçün nəzərdə tutulan qəbul planı təsdiqlənib.

Aranxeber xəbər verir ki, Nazirlər Kabinetinin (NK) mətbuat katibi İbrahim Məmmədov ali məktəblərin 2020/2021-ci tədris ili üçün qəbul planı ilə bağlı Sərəncamın olduğunu  təsdiqləyib.

O bildirib ki,  ali məktəblərin bakalavr pilləsinə  49 449 plan yeri ayrılıb. Bunlardan 21 934 yer dövlət sifarişlidir.