Hadisə Ölkə

DTX-nin həbs etdiyi general-leytenant azadlığa buraxılıb? – RƏSMİ + VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, Ə.Nağıyev və Sahil-Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.