Dünya Təhsil

Dünyanın ən gənc universitetləri

Son 50 ildə Asiyada yeni ali təhsil müəssisələrinin sayında davamlı artım müşahidə olunur

Müasir dünyanın trendləri ali məktəblər arasında rəqabəti gündən-günə gücləndirməkdədir. Dünyanın kəskinləşən çağırışları təkcə nüfuzlu ali təhsil müəssisələrini deyil, həm də gənc universitetləri də əhatə etməkdədir. Bu rəqabətlilik mühitində dünyanın yaşı 50 və daha  az olan ali məktəbləri də öz mövqelərini gücləndirərək ən nüfuzlu dünya liderlərindən geridə qalmadıqlarını əyani surətdə göstərməkdədir.

Artıq bir neçə ildir ki, dünyanın son 50 ildə yaradılmış ən gənc ali məktəblərinin reytinqini tərtib edən Böyük Britaniyanın “The Times Higher Education” jurnalı növbəti dəfə bu mövzuya müraciət etməklə 2020-ci il üzrə gənc ali məktəblərin artan fəallığına diqqət çəkib. Növbəti reytinqdə (THE Young University Rankings -2020) yaşı 50-yə qədər olan 414 (ötən il 341) ali məktəb yer alıb. Reytinq son 50 ildə Asiyada yeni ali təhsil müəssisələrinin sayında davamlı artımın olduğunu göstərir.

Reytinqə görə, Asiya ilk dəfə olaraq dünyanın iki aparıcı gənc universitetinə ev sahibliyi edir. Honkonq Elm və Texnologiya Universiteti üçüncü il ardıcıl olaraq gənc universitetlərin reytinqində lider mövqedədir, Sinqapurun Nanyanq Texnologiya Universiteti isə keçən illə (3-cü yer) müqayisədə bu dəfə ikinci sırada yer alıb. Hər iki universitet tədqiqat və biliklərin ötürülməsi sahəsində yüksək vizyon nümayiş etdirməklə beynəlxalq perspektivlər və elmi sitatlarının təsirinə görə çoxsaylı oxşar profillərə malikdir.

Ötən ilki reytinqdə 2-ci yerdə olan İsveçrənin Lozanna Federal Politexnik Məktəbi 51 yaşını qeyd etdiyindən builki sıralamadan kənarda qalıb. Asiya universitetləri ilk iki yeri tutarkən, ümumiyyətlə, top-10-luq Asiya və Avropa universitetləri arasında bölünüb. İlk beşliyə Paris Elm və Ədəbiyyat Universiteti (PSL Research), İtaliyanın Qabaqcıl Tədqiqatlar Məktəbi (Sant’Anna School of Advanced Studies – Pisa), Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiya İnstitutu (KAİST) daxil olub. Paris Universiteti ötən il birləşdikdən sonra 11-ci yeri tutmaqla reytinqdə yeni rekorda imza atıb. Böyük Britaniya reytinqdə 36, İspaniya 27, Fransa və Hindistan isə 26, Türkiyə 23, Avstraliya 22, İran 20, Tayvan 16, Yaponiya 14, Çin 6, ABŞ 4, Kanada 3, Rusiya 2 universitetlə təmsil olunur. Lakin Avstraliya növbəti dəfə reytinqin yuxarı eşelonlarında istənilən digər ölkə ilə müqayisədə daha çox yer əldə etməsi ilə fərqlənib. Belə ki, Avstraliya top-100-lükdə 17 (ötən il 15) yer alıb. Yalnız Fransa 14 mövqe ilə bu nəticəyə bir qədər yaxınlaşıb.  Böyük Britaniyanın ilk 100-lükdə 5 universiteti yerləşib.

Hindistan, eyni zamanda, reytinqdə ən güclü məhsuldarlıq nümayiş etdirir: ilk dəfə ən yaxşı 70 ali məktəb sırasına Hindistanın 2 ali təhsil müəssisəsi – (Hindistan Texnologiya İnstitutu Ropar və Hindistan Texnologiya İnstitutu İndore) daxil olub.

Ümumilikdə, reytinq 66 ölkəni əhatə edir. Gənc universitetlərin reytinqi qlobal dünya reytinqləri ilə eyni göstəricilərə əsaslanır. Lakin gənc universitetlərin missiyasını əks etdirmək üçün çəki əmsalları yenidən hesablanır, tədqiqat məhsuldarlığı, kadr və tələbə nisbəti, institusional gəlir və doktorantura təhsili kimi amillərə daha çox diqqət yetirilir.

Bütövlükdə isə reytinq tərtibçiləri elmi tədqiqatlar (nəşrlərin sayı, alimlərin rəyləri, əldə olunmuş qrantlar), elmi işlərdən sitatgətirilmə, tədrisin keyfiyyəti (müəllim-tələbə nisbəti, elmi dərəcə sahiblərinin payı və sairə), beynəlxalq aktivlik, beynəlxalq mübadilə, innovasiyaların tətbiqindən əldə olunmuş gəlirlər kimi 13 kriteriyanı əsas götürüblər. 

Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2020/young-university-rankingssəhifəsindən tanış olmaq olar.

Rey-tinqAli məktəbin adıÖlkəTələbələri ümumi sayıTələbə-müəllim nisbətiBeynəlxalq tələbələrQadın:kişi nisbəti
1.The Hong Kong University of Science and Technology           Honkonq           10,12522.331%əks olunmayıb
2.Nanyang Technological UniversitySingapore 25,08815.927%48 : 52
3.Paris Sciences et Lettres – PSL Research University                 Fransa                 21,29811.526%46 : 54
4.Sant’Anna School of Advanced Studies – Pisaİtaliya77612.419%5 : 65
5.Korea Advanced Institute of Science and Technology            Cənubi Koreya9,48110.28%20 : 80
6.Maastricht University                                         Niderland                                           6,85718.654%60 : 40
7.City University of Hong KongHonkonq                                   9,58711.045%59 : 41
8.Pohang University of Science and Technology                      Cənubi Koreya3,21510.33%23 : 77
9.Sorbonne UniversityFransa43,07613.519%58 : 42
10 Pompeu Fabra Universityİspaniya 11,63621.613%60 : 40
11.University of Paris                                               Fransa                                               61,39017%17%64 : 36
12.University of LuxembourgLüksemburq4,65418.749%51 : 49
13.University of AntwerpBelçika15,16629.317%55 : 45
14.Queensland University of Technology       Avstraliya           34,87138.216%54 : 46
15.University of Technology Sydney                  Avstraliya                      26,38543.434%51 : 49
16.University of Duisburg-EssenAlmaniya42,69853.019%48 : 52
17.Ulsan National Institute of Science and Technology       Cənubi Koreya       4,12713.98%26 : 74
18.University of Canberra                                      Avstraliya    10,82336.232%əks olunmayıb
19.Hong Kong Polytechnic UniversityHonkonq              20,38823.125%52 : 48
20.Aalto UniversityFinlandiya12,19518.626%34 : 66
21.Vita-Salute San Raffaele Universityİtaliya2,61010.73%59 : 41
22.      University of Passau  Almaniya11,38786.612%59 : 41
23.  Aalborg University                                             Danimarka                                            16,34013.615%əks olunmayıb
24. Medical University of Graz                                    Avstriya                                 3,352 10.924%53 : 47
25.University of South AvstraliaAvstraliya                           20,26830.525%58 : 42
26University of Wollongong                    Avstraliya 18,64231.529%52 : 48
27Medical University of ViennaAvstriya  7,1428.130%52 : 48
28University of Potsdam                             Almaniya                             20,06353.911%57 : 43
29James Cook UniversityAvstraliya                    11,49121.211%63 : 37
30Griffith UniversityAvstraliya                                 34,12023.617%58 : 42
=31Alfaisal UniversitySəudiyyə Ərəbistanı                                   2,56610.434%60 : 40
=31Paris-Sud University                                     Fransa                                    28,72614.517%56 : 44
33Jacobs University                                       Almaniya                                          1,14216.276%45 : 55
=34Curtin University                                      Avstraliya 29,21420.231%51 : 49
=34Tampere University                                 Finlandiya                                      15,14921.86%51 : 49
=36Medical University of Innsbruck                   Avstriya                    2,9664.344%52 : 48
=36Western Sydney University                    Avstraliya 32,25935.717%56 : 44
38Macau University of Science and Technology          Makao          9,92424.479%56 : 44
39George Mason UniversityABŞ29,37718.010%54 : 46
40Auckland University of TechnologyYeni Zelandiya      18,03517.147%59 : 41
41HSE University                     Rusiya                              22,11113.19%əks olunmayıb
42University of Macau                                        Makao                                         9,34014.437%57 : 43
43Maynooth University                                   İrlandiya                                       9,29128.312%55 : 45
44Brighton and Sussex Medical School                            Böyük Britaniya                            87911.315%57 : 43
45Swedish University of Agricultural Sciencesİsveç3,7374.54%69 : 31
46Hasselt UniversityBelçika5,18931.113%47 : 53
=47Khalifa University UnitedBirləşmiş Ərəb Əmirlikləri                   3,6519.526%55 : 45
=47Southern University of Science and Technology    Çin    3,1989.50% 27 : 73
49University of BremenAlmaniya18,91531.912%51 : 49
50United Arab Emirates University                Birləşmiş Ərəb Əmirlikləri                   7,5239.221%83 : 17
51University of Bayreuth                               Almaniya                               9,25529.710%46 : 54
=52University of Klagenfurt AustriaAvstriya                3,63910.822%69 : 31
=52Rush UniversityABŞ2,4252.01%74 : 26
54Università della Svizzera Italiana       İsveçrə         2,76810.867%49 : 51
55Deakin University                            Avstraliya                              39,30528.622%58 : 42
56Victoria UniversityAvstraliya                           14,81532.223%53 : 47
=57Cyprus University of TechnologyKipr                    3,22817.48%54 : 46
=57Grenoble Alpes UniversityFransa41,41117.613%52 : 48
=59Aix-Marseille UniversityFransa67,85716.612%59 : 41
=59IMT AtlantiqueFransa1,6768.244%26 : 74
=59Reykjavík Universityİslandiya2,87924.98%41 : 59
=62Indian Institute of Technology RoparHindistan1,1197.60%13 : 87
=62Swinburne University of TechnologyAvstraliya14,37927.927%36 : 64
64Indian Institute of Technology IndoreHindistan1,1289.70%17 : 83
=65University of California, MercedABŞ7,32420.98%51 : 49
=65Montpellier UniversityFransa39,40519.515%53 : 47
=65Université de Versailles Saint-Quentin-en-YvelinesFransa16,62121.215%59 : 41
68Gwangju Institute of Science and TechnologyCənubi Koreya   2,09812.16%25 : 75
69Sabancı UniversityTürkiyə                           3,60521.59%37 : 63
70Australian Catholic UniversityAvstraliya 23,88643.512%73 : 27
71University of KwaZulu-NatalCənubi Afrika Respublikası                  36,66029.24%58 : 42
72Centrale NantesFransa1,70616.145%26 : 74
73Qatar University                                    Qətər                                    15,58517.338%76 : 24
74Babol Noshirvani University of Technology         İran             5,74429.60%32 : 68
75Örebro Universityİsveç9,73518.56%61 : 39
=76University of CreteYunanıstan13,32123.44%62 : 38
=76RMIT UniversityAvstraliya33,84822.430%47 : 53
78Universiti Brunei DarussalamBruney3,83010.915%67 : 33
79University of Occupational and Environmental Health        Yaponiya1,1422.61%54 : 46
80Northumbria UniversityBöyük Britaniya                     21,81117.517%55 : 45
81Linköping Universityİsveç18,54411.212%53 : 47
82University of Côte d’AzurFransa36,70623.023%55 : 45
83University of Milan-Bicoccaİtaliya26,50928.96%62 : 38
84University of Cyprus                           Kipr                               6,63522.011%66 : 34
85Jordan University of Science and Technologyİordaniya21,51213.417%58 : 42
=86University of Bordeaux                         Fransa                             54,96521.613%58 : 42
=86Polytechnic University of Bariİtaliya 6,12224.41%33 : 67
88Cankaya UniversityTürkiyə9,16428.42%45 : 55
89Murdoch UniversityAvstraliya14,90527.737%60 : 40
=90Koç UniversityTürkiyə5,38115.66%51 : 49
=90Middlesex UniversityBöyük Britaniya15,64918.045%60 : 40
92Hong Kong Baptist UniversityHonkonq           8,75911.645%65 : 35
=93Edith Cowan University                       Avstraliya17,56031.326%60 : 40
=93Verona Universityİtaliya19,87327.55%64 : 36
=95Bournemouth UniversityBöyük Britaniya13,69217.118%55 : 45
=95.National Taiwan University of Science and Technology      Tayvan      8,34019.515%30 : 70
97Bond UniversityAvstraliya3,34110.343%54 : 46
98Free University of Bozen-Bolzanoİtaliya3,89112.013%67 : 33
=99Diego Portales UniversityÇili17,28714.92%49 : 51
=100Florida International UniversityABŞ           34,20323.88%57 : 43