Baş Hadisə Ölkə

Düşmən Gəncəni raket atəşinə tutdu, ölü və yaralıların sayı artdı: beş nəfər ölüb, ikisi uşaqdır

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində beş nəfər ölüb, 35 nəfər xəsarət alıb. 

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, ölənlərdən ikisi uşaqdır:

“Axtarış-xilasetmə işləri davam etdirilir. Ermənistan terror və müharibə cinayətlərini davam edir”.

UPDATE: 35 civilians have been wounded and 5 civilians killed as a result of Armenia’s missile attacks to Ganja. 2 kids are among the dead. Emergency works are still going on. Armenia’s terror and WarCrimes continues. pic.twitter.com/2WcLkeqVpB— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020

H.Hacıyev digər tvitində isə Ermənistanın məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

“Azərbaycan mülki əhalisinə olan qorxaq və xain raket hücumları, o cümlədən Gəncəyə növbəti raket zərbələri, Ermənistanın dövlət səviyyəsində terror və soyqırım aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir”, – H.Hacıyevin paylaşımında bildirilir. 

Armenia’s cowardice and treacherous missile attacks on Azerbaijani civilians including yet another missile strikes to Ganja shows that Armenia at the state level pursues the policy of terror/act of genocide. Armenia must be brought to responsibility pic.twitter.com/3LBtSDi3dG— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020