Sağlamlıq

Ekspress testlər koronavirusu müəyyənləşdirmir – AÇIQLAMA

“Ekspress testlər konkret olaraq koronavirus xəstəliyini müəyyən etmir”. 

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 

Onun sözlərinə görə, ekspress testin təsdiqi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilir: 

“Biz bu gün PZR testini tətbiq edirik. Çünki bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib. Ekspress testlər, sadəcə, bu xəstəliyi ehtimal edə bilər.

Konkret bu virusu aşkarlayan hələlik PZR testidir. Azərbaycanla yanaşı, digər ölkələr də bu testləri tətbiq edir”.