Sosial

Elçibəy siyasətə bəy havası gətirdi – VİDEO

Elçibəy iyun ayında anadan olub, iyunda prezident olub və elə iyunda da hakimiyyətdən gedib…
XX əsrin son onillklərində Azərbaycanın ən son tarxinə siyasi palitranın təzadlı rəngləriylə bir portret çəkildi. Əbülfəz Elçibəyin portreti…

Elçibəy siyasətə bəy havası gətirdi. Bu havanı çoxları cəmiyyət üçün əlverişli, bəziləri də qeyri-müəyyən hava şəraiti kimi qiymətləndirirdi. Bu havanı-yəni bəy havasını havasızlıq kimi qəbul eliyənlər də vardı.

Bəy ən səsli-küylü və ən əhatəli mətbuat konfranslarından tutmuş, ən əhatəsiz toy tamadasının mikrafonuna kimi hər yerdə, əlinə bir balaca imkan düşən kimi bu torpaqda yaşıyanların bəy olmasını arzulayırdı.

…Elçibəyin Mərdəkanda bağ evini axtardım. Yerini tanıyan yox idi. Həmin bağı, bir otaqlı evi görəndə bu yeri tanımayanları qınamadım. Çünki burda bağ havası duyulsa da, əsla bəy havası duyulmurdu.

Həmin bağda Elçibəyin bir zamanlar əkdiyi nar və küknar ağacları xeyli böyümüşdü. Yaşanmış bu zaman kəsiyində biz lazım olduğu qədər-layiq olduğumuz qədər böyüyə bilmişikmi?

Elçibəy təbiətcə demokrat,xassiyyətcə köhnə kişilərdən idi. El adətinə görə qızın atası və böyük qardaşı qız toyunda iştirak eləməməliydi. O da eləmədi. O qızına ər evində özünü prezident qızı kimi – Elçibəyin qızı kimi aparmamağı tapşırmışdı….

Əbülfəz bəylə sərhədi bəlli olmayacaq qədər səmimi və tikanlı söhbət eləmək olardı. Bəyin təbiətcə demokratik olması buna imkan verirdi. Onunla bağlı hazırladığım bütün proqramlarda ağlımın və televiziyanın verdiyi bütün imkanlardan gen-boluna istifadə eliyirdim.

O yenidən prezident olmaq istiyirdi. Bəs yeni Surətlərin peyda olacağından qorxmurdumu?

O bir vaxtlar evində Heydər Əliyevin şəklini asırmış. Hətta həmin şəklin üzünü çıxarıb paylayırmış… Ə.Vəzirov bunu eşidib təccüblənmişdi. Soruşmuşdu… Niyə?

Elçibəy iyun ayında anadan olub, iyun ayında prezident olub və elə iyun ayındaca hakimiyyətdən gedib. Bəlkə də ömrünün bütün ayları təzadlı iyun ayına bənzəyirdi. O iyun ayında özünü necə hiss edirdi?

Azərbaycanda siyasi hərərətin ən yüksək həddində Elçibəy çoxlarına müəmmalı görünən Kələki gedişini etdi. O, Bakını tərk elədiyinə görə özünü qınayırdımı?

Elçibəy haqqında hazırladığım “Bəy havası…” sənədli filmində ona çox “solaxay” suallar verib, səmimi çavablar almışdım….

Elçibəy siyasətə bəy havası gətirdi. Hər halda buna çox çalışdı. Hərənin bir havaya oynadığı bu cəmiyyətdə hamını bir havaya oynatmaq mümkündürmü?

VİDEO: Linkə daxil olun—–Elçibəy Havası