Texnologiya

Elektrik enerjisi hasil edən heykəl-ördək

Böyük Britaniyanın bir qrup rəssam və dizayneri böyük və məzəli heykəl-ördək düzəldiblər.

Danimarkanın Kopenhagen şəhərində quraşdırılması nəzərdə tutulan və hündürlüyü 12 metr olan ördəyin başlıca vəzifəsi elektrik enerjisi hasil etməkdir. Ördəyin “bədəni” günəş panelləri ilə örtülüdür. Hasil etdiyi enerji onun daxilində yığılaraq, şəhərin elektrik şəbəkəsinə ötürüləcək.

Bundan əlavə, heykəlin içərisində şəhərin qonaqları və sakinləri üçün otaqlar da quraşdırılacaq.