İqtisadiyyat Ölkə

Energetika nazirinə yeni müavin təyin olunub

Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.

Aranxeber xəbər verir ki, bu barədə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.