Hadisə Ölkə

Ermənilərin Gəncəni raket atəşəni tutması nəticəsində ölən və yaralananların sayı artdı – RƏSMİ

Bu gecə gecə saat 01:00 radələrində Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminini kobudcasına pozaraq Gəncəyə yenidən raket zərbələri endirməsi nəticəsində ölən və yaralananların sayı artıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Bildirilib ki, bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cansız bədəni çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.