Maraqlı

Evləri bananla isidəcəklər

Afrikada evləri bananla isitməyi planlaşdırırlar.

CNBC xəbər verir ki, “Green Heat International” şirkəti Uqandanın enerji ilə təhcizatını təmin edəcək.

Uqandalılar banan və inək tullantılarından enerji əldə edəcəklər.

Üzvi materiallardan bioyanacaq istehsalı üçün su, gübrə və inək tullantısı götürüləcək.

Qeyd edilir ki, bu, əhalisinin çox hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğu bir ölkə üçün ən təsirli metoddur. Xüsusilə də, əhali sayının artdığı və ən bahalı xammalın odun olduğu dövlətdə.