Dünya İdman

“Fənərbağça” legioneri ilə yollarını ayırdı

Türkiyənin “Fənərbağça” klubu futbolçu Maurisio İsla ilə yollarını ayırıb.

Aranxeber xəbər verir ki, Çilidən olan müdafiəçi ilə müqavilə pozulub.

İsla İstanbul komandasında 2017-ci ildən çıxış edirdi. O, “sarı-lacivərdlilər”in heyətində 91 oyuna 13 qol vurmuşdu.

Cənubi amerikalı futbolçunun karyerasını Argentina “Boka Xuniors”unda və ya vətənində davam etdirəcəyi bildirilir.