İdman

“Fənərbaxça” niderlandlı hücumçunu icarəyə götürür

Türkiyənin “Fənərbaxça” klubu mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirir.

Aranxeber xəbər verir ki, İstanbul klubu niderlandlı Bas Dostun keçidi üçün danışıqlara başlayacaq.

Super Liqa klubu hücumçunu çıxış etdiyi Almaniya “Ayntraxt”dan icarəyə götürməyi planlaşdırır. Bombardirlik keyfiyyətləri ilə seçilən 31 yaşlı forvard “Fənərbaxça”nın ön xəttini gücləndirməlidir.

Qeyd edək ki, Portuqaliya “Sportinq”indən 7 milyon avroya transfer olunan Dost “Ayntraxt”dakı 29 matçda 10 qol vurub.