Texnologiya

“Facebook” yeniliklər gətirir

“Facebook” sosial şəbəkəsinin qurucusu və rəhbəri Mark Zukerberq reklamlarda nifrət ifadə edən məzmuna qadağa qoyulacağını elan edib.

Aranxeber xəbər verir ki, M.Zukerberq bu barədə “Facebook” hesabında məlumat yayıb.

Dünyanın ən böyük sosial şəbəkələrindən birinə rəhbərlik edən iş adamı reklamlarda irqi, etnik, milli, dini, cinsi oriyentasiya zəminində olan reklamlara, habelə başqalarının təhlükəsizliyinə, sağlamlığına və varlığına təhdid yaradan reklam və reklam məzmunlu paylaşımlar barədə ciddi ölçü götürüləcəyini qeyd edib.

M.Zukerberq miqrantları, qaçqınları və sığınacaq axtaran insanların digər qruplar tərəfindən sıxışdırılmasına qarşı fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.