Hadisə Ölkə

Gəncə növbəti dəfə SCUD raketi ilə vuruldu – FOTO

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Gəncəyə atılan raketlərin fotosunu yayıb. 

“ANAMA-nın bildirdiyinə görə, Gəncəyə SCUD/Elbrus Əməliyyat-Taktiki Ballistik Raketi ilə zərbələr endirilib. Düşdüyü yerdən tapılan raketin fraqmentləri bunu sübut edir. Mülki insanların sxıx məskunlaşdığı ərazinin SCUD raketləri ilə hədəfə alınması Ermənistan hərbi-siyasi hakimiyyətinin tam əxlaqsızlığını və şizofreniya düşüncəsini göstərir”, – o bildirib.

According to ANAMA missiles fired to Ganja is SCUD/Elbrus Operative-Tactical Ballistic Missile. Fragments from the impact zone prove it. Targeting SCUD missile against densely populated civilians shows complete immorality and schizophrenic mindset of Armenia’s pol-mil leaders pic.twitter.com/zXGbKmyvzS— Hikmet Hajiyev (@HikmetHajiyev) October 16, 2020

Xatırladırıq ki, Gəncəyə Ermənistan ərazisindən atılan 2 raket zərbəsi nəticəsində 2 azyaşlı olmaqla 12 nəfər həlak olmuş, 40 nəfərdən artıq dinc sakin yaralanıb.