Hadisə Ölkə

Gəncəyə atılan raket Azərbaycan-Gürcüstan elektrik xəttini zədələyib

“Bu gün təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01:00 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə nəticəsində beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub”.

Bu barədə “Report”a “Azərenerji” ASC-dən məlumat verilib.

Bildirilir ki, 24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.