Hadisə

Göyçayda sürücü sükan arxasında ölüb

Göyçay rayonunda yolda hərəkətdə olan avtomobilin sürücüsü qəflətən ölüb. 

APA-nın xəbərinə görə bu gün axşam saatlarında rayonun Potu kənd sakini, 1958-ci il təvəllüdlü Hüseynov Rauf Allahverdi oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Göyçay-Ucar yolunda hərəkətdə olarkən qəflətən ürək tutması səbəbindən dünyasını dəyişib. 

Avtomobil yoldan çıxaraq çökək əraziyə düşüb. Hadisə zamanı avtomobildə sərnişin olmayıb. 

Faktla bağlı araşdırma aparılır.