Ölkə

Həftənin ilk günü Azərbaycanda hava necə olacaq? – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində günəşli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  30-34, Bakıda  gecə 20-22, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz  35-45 faiz təşkil edəcək.

15 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 19-21, gündüz  34-39, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.