Baş Hadisə Ölkə

Hikmət Hacıyev: “Ermənistanın hücumu nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib”

Ermənilərin mülki vətəndaşlara qarşı təcavüzü davam edir.

Bununla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat paylaşıb.

“Ermənistanın mülki vətəndaşlara, xüsusilə uşaqlara qarşı təcavüzü davam edir. Düşmənin Smerç raket hücumu nəticəsində Tərtər şəhər sakini 16 yaşlı yeniyetmə Orxan İsmayılzadə evlərinin həyətində öldürülüb. Həmin vaxt mövsümlə əlaqədar olaraq Orxan xurma yığırdı”.

Armenia’s war against civilians particularly agnst children going on. As a result of reckless Smerch missile attack to Tartar city of Azerbaijan 16 years old teenager Ismayilzada Orkhan was killed in the garden of their house. Orkhan was collecting persimmon as it is high season.— Hikmet Hajiyev (@HikmetHajiyev) October 24, 2020