Baş Hadisə Ölkə

Hikmət Hacıyev: “Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb”

“Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb. Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır”.

Aranxeber xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.