Ölkə Təhsil

II ixtisas qrupuna aid ixtisasları seçəcək abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 10 sentyabr 2020-ci il tarixində Mərkəzin “Facebook” və “Youtube” kanallarında yayımlanan çıxışında II ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verib.

İmtahan nəticələrini təhlil etmək və abituriyentlərə məsləhət vermək məqsədilə digər ixtisas qrupları üzrə də analoji görüşlər keçiriləcəkdir.

Çıxışın videoyazısına buradan baxa bilərsiniz.

Görüşdə səslənən və II ixtisas qrupu üzrə müsabiqədə iştirak edəcək abituriyentləri maraqlandıran müəyyən statistik məlumatların əks olunduğu cədvəlləri təqdim edirik.

Cədvəllər 2019-cu il II qrup üzrə tələbə qəbulu müsabiqəsinə aiddir.

DÖVLƏT ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN EYNİ ADLI İXTİSASLARINA QƏBUL OLAN
ABİTURİYENTLƏRİN BAL GÖSTƏRİCİLƏRİNİN MÜQAYİSƏSİ (II qrup, Azərbaycan bölməsi, əyani şöbə)

QRUPLAR (II qrup) VƏ İXTİSASLAR ÜZRƏ DÖVLƏT SİFARİŞİ İLƏ
TƏLƏBƏ QƏBULUNA AYRILAN YERLƏRİN SAYI VƏ QƏBULUN NƏTİCƏLƏRİ (subbakalavrlar istisna olmaqla)

ƏN YÜKSƏK VƏ ƏN AŞAĞI KEÇİD BALLI İXTİSASLAR

ƏN YÜKSƏK VƏ ƏN AŞAĞI KEÇİD BALLI İXTİSASLAR ( dövlət sifarişi əsasında)

2019-cu il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə daha ətraflı məlumatla “Abituriyent” jurnalının 12 nömrəli buraxılışında tanış ola bilərsiniz.