Hadisə Ölkə

İlham Əliyev yaralı hərbçilərimizə səsləndi: “Maskanı çıxarın, hamı sizi görsün” – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

“Maskalarınızı çıxarın, xahiş edirəm, havada olar. Vətəndaşlar sizi görsünlər”, – deyə İ.Əliyev qeyd edib.

Prezident görüşü lentə alan operatorlara göstəriş verib ki, yaralı hərbçiləri yaxşı çəksinlər.

Yaralı əsgərlər Ali Baş Komandana döyüşlər barədə danışıblar.

https://player.baku.tv/embed/27934