Hadisə İmişli Region

İmişli bazarı zibilliyə çevrilir?

İmişli rayonunda bazar ətrafında anti-sanitar vəziyyətlə bağlı məlumat vermişdik. Rayonun İcra Hakimiyyəti məsələyə münasibət bildirib.

İmişli Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Fuad Kərimov  açıqlamasında irəli sürülən iddiaların əsassız olduğunu deyib:

“Bazar ərazisi olduğu üçün məişət tullantıları çox olur. Amma belə mənzərə günlərlə qala bilməz. Ərazidə dörd zibil qutusu qoyulub. Gün ərzində iki dəfə – səhər və axşam ərazidə təmizlik işləri aparılır.

Sadəcə olaraq, orada “Pojarnı” adlanan bazarda yığılan zibillər də buraya atılır.

Bundan başqa, ətrafda yaşayan vətəndaşlar da məişət tullantılarını buraya atırlar. Bütün hallarda bu istiqamətdə tədbirlər görülür və görüləcək”.

Aranxeber xəbər verir ki, İmişli sakinləri məişət tullantılarının zamanında təmizlənməməsindən şikayət edir.

Bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, fotolar İmişlidə bazar yaxınlığında çəkilib. 

Məsələyə münasibət bildirən sosial şəbəkə istifadəçiləri şərh bölməsində mövcud vəziyyətin uzun illər davam etdiyini qeyd ediblər.