Hadisə İmişli Region

İmişli rayonunda suvarma kanalı inşa edilir.

Rayonunun Ağaməmmədli kəndində suvarma suyu ilə əlaqədar yaranmış problemlərin aradan qaldırılması üçün rayonun aidiyyəti müəssisə və təşkilatlarının daxili imkanlar hesabına uzunluğu 2.2 km olan suvarma kanalı inşa edilir. Bu kanalın çəkilişi tək Ağaməmmədli kəndinin deyil, əlavə olaraq bir neçə kəndin suvarma sahəsində olan problemini aradan qaldıracaq. Sürətli gedən iş nəticəsində artıq kanalın çəkilişi başa çatmaq üzrədir.