Baş İmişli Region

İmişli rayonunda yerləşən antropogen göllərdən Baş Muğan kanalına su vurulmasına start verilib.

İmişlidə göllərdəki su ehtiyatı hesabına rayon ərazisində suvarmada yaşanan problemi aradan qaldırmaq mümkün olacaq. Belə ki, 03.08.2020-ci il tarixdə rayonun Xubyarlı kəndində yerləşən göllərin birindən Baş Muğan kanalına su vurulmasına başlanılıb.  
     Bununla bağlı keçirilən tədbirdə Baş Nazirin müavini Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirak ediblər.
     Suyun vurulması göl üzərində quraşdırılan üzən nasos stansiyası ilə həyata keçirilir. Stansiyanın dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün ərazidə transformator yarımstansiyası da quraşdırılıb. Üç aqreqatlı nasosla kanala saniyədə 5-6 kubmetr su vurulur.

Qeyd edək ki, yaxın gələcəkdə digər göllərdən də suvarma məqsədilə istifadə olunacaq.