İmişli Region

İmişli RİH başçısı Elçin Rzayev Şamil Rzayevi köməkçisi təyin etdi

İmişli Rayon İcra Hakimiyyətində növbəti kadr dəyişikliyi olub.

Aranxeber-in məlumatına görə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin müvafiq əmri ilə, Şamil Rzayev başçının köməkçisi təyin edilib.

Qeyd edək ki, 21 may 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Rzayev Elçin Adil oğlu İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.