Hadisə İmişli Region

İmişli RİH-in şəhər üzrə nümayəndəsi işdən çıxarıldı

İmişli RİH başçısının İmişli Şəhər üzrə nümayəndəsi Sarıyev Cavid tutduğu vəzifədən azad edilib.

Aranxeber Avropa.infoya istinadən xəbər verir ki, bu barədə İmişli rayon icra başçısı Elçin Rzayev müvafiq əmr imzalayıb. 

İşdən azad edilən İmişli Şəhər icra nümayəndəsinin vəzifələrinin icrası İmişli RİH-nın İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kərimov Fuad Möhübbət oğluna həvalə olunub.