Hadisə İmişli Region

İmişlidə ağır qəza: Yaralılar Bakıya göndərildi

İmişlidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aranxeber-in məlumatına görə, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Həsənov Ruhi Şahin oğlu və 1998-ci il təvəllüdlü Cəfərov Uğur Alim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar əvvəlcə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin sonra Bakıda yerləşən xəstəxanalardan birinə göndəriliblər. Hər iki yaralıya bud sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.