Baş Hadisə Region

İmişlidə avtomobil su kanalına aşdı, 2 nəfər öldü

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

aranxeber.com xəbər verir ki, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

Belə ki, dünən gecə Vaz 2106 markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb. Nəticədə avtomobilin sürücüsü, İmişli rayonu Yalavac kənd sakini, 1988-ci il təvəllüdlü Mirzəyev Zaur Maarif oğlu, avtomobildə olan sərnişin, İmişli rayonunun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Məmmədov Nicat Seyidəli oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər 2 sərnişin  xilas edilib.

Faktla bağlı araşdırma aparılır.