İmişli Region Sosial

İmişlidə “Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyası davam etdirilməkdədir.

Ötən gün İmişli rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər ərazisində yaşayan aztəminatlı ailələrə növbəti dəfə ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət sovqatlar paylanılıb. Möhtərəm Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı altında keçirilən aksiyada 300 ailə sevindirilib. Həyata keçirilən aksiya çərçivəsində sovqatlar aztəminatlı ailələrə yaşadıqları ünvanda təqdim edilib. Vətəndaşlarla maarifləndirici söhbətlər aparan rayon İcra Hakimiyyətinin əməkdaşları Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən müəyyən olunmuş qayda və tövsiyələrə əməl olunmasının vacibliyini bir daha diqqətə çatıdırıblar.
     İmişli sakinləri koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan ailələrə ərzaq yardımları paylanılması aksiyasını yüksək qiymətləndiriblər. Onlar göstərilən bu qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.    

Qeyd edək ki, artıq İmişli rayonunda aztəminatlı ailələrə dəstək davamlı xarakter daşıyır.