Hadisə İmişli Region

İmişlidə ferma yandı, 60 baş iri buynuzlu heyvan tələf oldu – FOTO

İmişli rayonunun Xəlfəli kəndində ümumi sahəsi 1400 kvadrat metr olan tövlənin qamışdan ibarət dam örtüyü 600 kvadrat metr sahədə yanıb. 

Aranxəbər xəbər verir ki, yanğın zamanı 60 baş iribuynuzlu heyvan tələf olub, 250 baş iribuynuzlu heyvan isə təhlükəsiz əraziyə köçürülüb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın İmişli Rayon Yanğından mühafizə bölməsinin avtomobilləri və canlı qüvvəsi tərəfindən söndürülüb. 

Faktla bağlı araşdırma aparılır.