Baş Hadisə İmişli

İmişlidə piyadanın ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vahid Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Aranxeber Report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

Hakim Qurban Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında İmişli şəhərində baş verib.

Əliqulular kənd sakini Cəfərov Vahid Məhəmməd oğlunun idarə etdiyi “VAZ 2115” markalı avtomobil İmişli sakini, 1958-ci il təvəllüdlü Şəmmədov Yasin Zeynalabdin oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən İmişli rayon xəstəxanasında dünyasını dəyişib.

V.Cəfərova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.