İmişli Region

İmişlidə yardım aksiyalarının ardı-arxası kəsilmir

Koronovirus pandemiyası dövründə aztəminatlı ailələrə dəstək olmaq məqsədilə İmişli rayon İcra Hakimiyyəti növbəti yardım aksiyasını keçirib. Aksiya zamanı müraciətlər əsasında 300 aztəminatlı və digər bu kimi kateqoriyadan olan ailələrə gündəlik təlabat vasitələri olan qida məhsullarından ibarət bağlamalar təqdim olunub. Həmçinin aztəminatlı ailələrə ərzaq yardımları ilə yanaşı infeksiyadan qorunmaq üçün tibbi vasitələr də (spirt və tibbi maskalar) paylanılıb. İmişli rayon İcra Hakimiyyətinin əməkdaşları gün ərzində ərzaq yardımlarını müxtəlif ünvanlara çatdırıblar. Ərzaq sovqatları ilə təmin olunan vətəndaşlar isə öz növbələrində onların qayğılarına qaldıqları üçün dövlətimizin başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və aksiyanın təşkilatçılarına xüsusi təşəkkürlərini bildiriblər.

     Qeyd edək ki, imtiyazlı kateqoriyaya aid vətəndaşlara dəstək davamlı olacaqdır.

\