İmişli Region

İmişlidə yeni məktəb binasının açılışı olub- Foto

İmişli rayonu Muradxanlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev iştirak edib.
Mərasimdə bildirilib ki, iki mərtəbədən ibarət təhsil müəssisəsi 264 nəfər şagird üçün nəzərdə tutulub. 11 sinif otağından ibarət tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, 3 laboratoriya, akt və idman zalları fəaliyyət göstərir. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.