İmişli İqtisadiyyat Region

İmişlinin bostan sahələrindən 459 tondan çox məhsul yığılıb

İmişlidə bostan məhsulları (qarpız, yemiş) yığımının qızğın çağıdır. Torpaq mülkiyyətçiləri bu günədək əkdikləri bostan sahəsinin 60-65 faizinin məhsulunu yığıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il imişlili bostançılar 318.5 hektar sahədə bostan bitkisi əkiblər. Bunun da 118 hektarını yemiş, 200.5 hektarını isə qarpız sahəsi təşkil edib. Məhsul toplanışına vaxtında başlayan əkinçilər indiyədək sahələrdən 459.1 ton məhsul toplayıblar.

Yemiş sahəsinin hər hektarının məhsuldarlığı 124,7, qarpız sahəsinin isə 122,2 sentner olub.

Yığılan məhsul əsasən respublikamızın iri şəhərlərinin bazarlarına göndərilir.