Baş İmişli Region Sosial

İmişlinin yeni başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün İmişli rayonuna yeni icra başçısı təyin edib.

Aranxeber xəbər verir ki, İmişlinin yeni icra başçısı Rzayev Elçin Adil oğlu 2018-ci ilin fevral ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edib.

Ondan əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib. 

E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də çalışıb.