Təhsil

İmtahan nəticələrinin bu tarixdə açıqlanması nəzərdə tutulub

“10 və 11 iyun tarixlərində XI siniflər üçün keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftə elan olunması nəzərdə tutulur”.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzindən bildiriblər.

“11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahan günündən sonra 3 həftə ərzində elan olunması nəzərdə tutulur”.