Hadisə

İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı – VİDEO

Ötən gün Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgəri Xəyyam Daşdəmirov dəfn olunub. 

Aranxeber-in məlumatına görə şəhidimiz İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

X.Daşdəmirovun cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib. 

Daha sonra kənd sakinləri onun cənazəsini Azərbaycanın Dövlət Himni ilə yola salıblar.

Dəfn mərasimində dövlət qurumlarının rəsmiləri iştirak edib.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.