Sağlamlıq Sosial

İsti hava yuxu pozğunluğuna səbəb ola bilər

Havaların uzun müddət isti keçməsi insanlarda yuxu pozğunluğuna səbəb ola bilər.

“Sputnik” xəbər verir ki, bunu rusiyalı nevroloq-somnoloq Yenela Tsaryova deyib.

Onun sözlərinə görə, yüksək temperatur dərin yuxuya getməyə imkan vermir. Yuxu üçün optimal hərarət 21-23 dərəcədir.

Mütəxəssis yuxuya getməzdən əvvəl yataq otağının havasının dəyişdirilməsini və imkan olduqca göstərilən temperaturun əldə edilməsinə çalışmağı məsləhət görüb.