Dünya Sağlamlıq Sosial

İtaliyada sutka ərzində koronavirusdan 475 nəfər ölüb

İtaliyada sutka ərzində COVİD-19 koronavirusundan 475 nəfər ölüb.

Aranxeber “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı 35 mini ötüb, onlardan 2978 nəfəri ölüb, 4025 nəfəri isə sağalıb.