Təhsil

İxtisas seçimi edən abituriyentlərin nəzərinə!

Məlum olduğu kimi, dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılırlar. Bakı Ali Neft Məktəbinin bütün ixtisaslarına qəbul olan tələbələrə birinci kursda hazırlıq proqramı əsasında “İngilis dili 1 və 2” və “İnformasiya-kommunikasiya texnologiyarının mühəndislikdə tətbiqi 1 və 2” fənləri tədris olunur. Bu hazırlıq ili “Foundation” adlanır. Bakı Ali Neft Məktəbinin təklifini nəzərə alaraq, BANM ixtisaslarının müsabiqəsində iştirak etmək üçün qeyd olunan məhdudiyyət ləğv olunmuşdur. Bundan əlavə, xarici dil kimi digər dillərdən ( rus, alman, fransız) imtahan verən abituriyentlərin də Bakı Ali Neft Məktəbinin ixtisasları üzrə müsabiqədə iştirakına icazə verilmişdir.