Təhsil

İyunun 18-19-da keçirilən imtahanların nəticələrinin bu tarixə qədər açıqlanması nəzərdə tutulub

“18 və 19 iyun tarixlərində XI siniflər üçün keçirilmiş buraxılış imtahanının nəticələrinin iyulun 10-a qədər elan olunması nəzərdə tutulur”.

Aranxeber xeber verir ki, bunu Dövlət İmtahan Mərkəzindən bildiriblər.

“11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahan günündən sonra 3 həftə ərzində elan olunması nəzərdə tutulur”.