Maqazin

Kənan Doğulu Beren Saatla boşanma iddialarına cavab verdi

Türkiyənin məşhur pop ulduzu Kənan Doğulu İstanbulda açıq hava konsertindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Sondakika.com xəbər verir ki, o, tanınmış aktrisa Beren Saatla boşanacaqları ilə bağlı iddialara cavab verib.

Doğulu onların boşanmaları ilə bağlı gəzən şayiələrin tamamilə yalan olduğunu deyib:

“Biz bir açıqlama vermədən bu xəbərlərin heç birinə inanmayın. Xahiş edirik! Biz də yoruluruq, siz də. İnsanlar belə xəbərlərdən məyus olurlar”.